Ermənistanın xarici ticarəti kəskin şəkildə azaldı

26.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-aprel aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,9 faiz az, 6 milyard 277,8 milyon dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 4 ayında ixrac 60,4% azalaraq 2 milyard 420,4 milyon dollar təşkil edib.

Yanvar-aprel aylarında idxal isə ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz az olmaqla 3 milyard 857,4 milyon dollar təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью