Ermənistanın xarici ticarəti kəskin şəkildə azaldı

27.05.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

2025-ci ilin yanvar-aprel aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,9 faiz az, 6 milyard 277,8 milyon dollar təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 4 ayında ixrac 60,4% azalaraq 2 milyard 420,4 milyon dollar təşkil edib.

Yanvar-aprel aylarında idxal isə ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz az olmaqla 3 milyard 857,4 milyon dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью