Ermənistanın XİN başçısı sabah Moskvaya səfər edəcək

20.01.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Yanvarın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfər edəcək.

Azpost bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş planlaşdırılır. Bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью