Ermənistanın yeni dəhliz planı uğurlu olacaq? | Icma.az
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ermənistanın irəli sürdüyü “Dünyaların Kəsişməsi” layihəsi artıq ictimai müzakirə
Ermənistan bu təşəbbüslə regionda yeni logistik dəhliz formalaşdırmaq və qonşu ölkələrlə əməkdaşlığa başlamaq niyyətində olduğunu bildirir.
Bəs bu layihə siyasi, iqtisadi (maliyyə), coğrafi və zamanlama baxımından nə dərəcədə reallaşa bilər?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Ermənistanın son onilliklərdə regionda apardığı təcavüzkar siyasət və ikili standartlar bu ölkəyə qarşı güclü bir etimadsızlıq formalaşdırıb.
Onun sözlərinə görə, etimadın olmaması və regiondaxili ziddiyyətlərin mövcudluğu siyasi baxımından bu layihə üçün tam uyğunsuz mühit yaradıb: “Region ölkələrinin, hətta İranın belə bu layihəyə ehtiyatla yanaşmasının əsas səbəbi siyasi sabitlik zəmanətinin olmamasıdır.
Eyni zamanda, Ermənistanın öz daxilində və hökumət çevrəsində də siyasi parçalanmalar, qərarsızlıq və strateji kursun tez-tez dəyişməsi layihənin davamlılığını və sabitliyini sual altına alır.
Maliyyə resurslarının yoxluğu və eləcə də investor marağının zəifliyi bu layihənin iqtisadi cəhətdən dəstəklənməsini mümkünsüz edir.
Çünki Ermənistan iqtisadiyyatı hazırda dərin struktur problemlərlə üz-üzədir.
Tam oxu
Xəbəri oxu