Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Martın 10-da Ermənistanın iqtisadiyyat naziri, İdarə Heyətinin sədr müavini Gevorq Papoyanın sədrliyi ilə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyətinin iclası keçirilib.
“Cebheinfo.az”-ın məlumatına görə, iclasda Ermənistanın yeni konstitusiyasının layihəsi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Ermənistan konstitusiyasının yeni mətninin mart ayında dərc ediləcəyi gözlənilirdi. "Vətəndaş Müqaviləsi" Partiyasında aparılan müzakirələr artıq əsas qanunla bağlı Ədliyyə Nazirliyində işlərin yekunlaşdığını, yaxın günlərdə yeni konstitusiyanın hökumətə və parlamentə təqdim olunacağını göstərir. Bundan sonra, yəni mart ayının sonuna qədər konstitusiyanın yeni mətni dərc olunacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin