Ermənistanın yol ayrıcında qaldığı bir vaxtda düz yolu seçməsi öz əlindədir Politoloq | Ic…
Sherg.az saytına istinadən Icma.az xəbər verir. Bu gün Ermənistan unikal yol ayrıcındadır: zaman və məkan, ideoloji və dəyər mənalarında.
Dünyanın və ayrı-ayrı regionların mürəkkəb və tez-tez gözlənilməz çağırışlarla və qeyri-müəyyənliklərlə üzləşdiyi, güc yolu ilə hökmranlıq axtarışının davam etdiyi indiki şəraitdə diplomatik cəbhədə dayanan döyüşçünün işi həyati əhəmiyyət kəsb edir.
Bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT-yə üzv olmalarının 33-cü ildönümü ilə bağlı qeyd edib.
O vurğulayıb ki, dövlətimizin ətrafında dinc, təhlükəsiz və sabit mühit yaratmaq, həmin mühitdə iqtisadi inkişaf imkanlarını təmin etmək və beynəlxalq əməkdaşlığın müsbət gündəmini səmərəli şəkildə irəli sürmək günün vacib şərtidir.
Missiyanı dərindən dərk etmək, sarsılmaz fədakarlıq, tükənməz enerji, çeviklik, peşəkarlığı effektiv şəkildə birləşdirməklə bu yolu uğurla keçmək mümkündür.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Ermənistan bütün sahələr üzrə yol ayrıcındadır:“Ermənistan üçün hansı təhlükəsizlik sisteminə bağlı olması öndə olduğu kimi iqtisadi, ticarət və özünün əməkdaşlıq edəcəyi güc mərkəzləri də bu məsələdə ciddi yer alır.
Çünki Ermənistan indiki vəziyyətdə Avropaya inteqrasiya xəttinə üstünlük versə də, onun Qərblə ticarət əlaqələri yüksək səviyyədə deyil.
Eyni zamanda Ermənistanın Avropa standartlarına uyğun Qərbə ixrac edəcəyi məhsullar da yoxdur.
Tam oxu
Xəbəri oxu