Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir.
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir: "Ancaq biz bu istiqamətdə addımlar atmışıq".
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib hazırlayıb: "Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub.
2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra isə Ermənistana sülh barədə təkliflərimizi göndərmişik.
Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
Elnur Məmmədov bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir: "ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb.