Ermənistanla Azərbaycan strateji saziş imzalamalıdır Paşinyandan ŞOK TƏKLİF

13.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də bağlamalıdırlar.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, yaxın əsrlərdə xalqların dinc yanaşı yaşaması üçün bu saziş imzalanmalıdır.

Paşinyanın sözlərinə görə, İrəvan danışıqların dalana dirənməsini istəmir.

O qeyd edib ki, Ermənistan bu yaxınlarda Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Paşinyan vurğulayıb ki, Ermənistan kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью