Ermənistanla bağlı Azərbaycan bu addıma hazırdır Rusiya elan etdi

26.10.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Azərbaycan Rusiya məhsullarının Ermənistana daxil olmasına icazə verməyə hazır olduğunu açıqlayıb.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“İki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqlədi. Bu baxımdan, biz də çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Eyni zamanda, bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”, - Overçuk bildirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью