Ermənistanla Belarus arasında gərginlik artır | Icma.az
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Belarusdakı səfir Razmik Xumaryanı geri qaytarmaq niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, diplomatik nümayəndəliyin rəhbəri artıq altı aydır ki, İrəvandadır.
O, 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb.
Ötən gün isə Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında gərginlik yaranıb.
Bu, bir daha iki ölkə arasında münasibətlərin getdikcə soyuduğunu göstərir.
Belarus liderinin Qarabağ müharibəsi ilə bağlı səsləndirdiyi həqiqəti həzm edə bilməyə Paşinyan, Lukaşenko prezident olduğu müddətdə rəsmilərə bu ölkəyə getməyi qadağan edib.
Tam oxu
Xəbəri oxu