Ermənistanla Britaniya arasında hərbi əməkdaşlıq proqramı imzalanıb

30.05.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanla Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.

APA “Armenia Today” portalına istinadən məlumatına görə, sənədi Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Siyasəti üzrə direktoru Kristofer Ki imzalayıb.

Qeyd edək ki, proqram 2025 – 2026-cı illəri əhatə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью