Ermənistanla danışıqlar hansı səviyyədədir? Bayramov açıqladı

20.01.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bilirsiniz ki, Ermənistanla postmünaqişə mərhələsində təmaslarımız davam edir".

Ölkə.Az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalsitlərə açıqlamasında deyib. 

O bildirib ki, burada bir neçə istiqamətlər var: "Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar. Mütəmadi şəkildə görüşlər keçirilir. Ötən il ərzində bir neçə görüş baş tutub. Görüşlər arası təmaslar davam edir. Hazırda növbəti görüşün vaxtı və yeri barədə konkret razılaşma yoxdur. Ancaq güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək", - deyə nazir söyləyib.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью