Ermənistanla delimitasiya bu kənddən başlayacaq

09.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin növbəti mərhələsinin başlayacağı coğrafi istiqamət müəyyənləşib. Xarici işlər naziri Ceyhun Bayramov açıqlamasında delimitasiya üzrə işlərin şimal sərhədindən cənuba doğru aparılması barədə razılıq əldə olunduğunu bildirib. Nazirin sözlərinə görə, proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi üçtərəfli nöqtədən start götürəcək.

Bəs prosesin başlayacağı həmin nöqtədə yerləşən ilk kəndimiz hansıdır?

Modern.az-ın araşdırmasına görə üç ölkənin dövlət sərhədinin kəsişdiyi strateji yüksəklik (Babakər dağı silsiləsi) inzibati-ərazi bölgüsünə əsasən Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşür.

İkinci Şıxlı kəndi coğrafi mövqeyinə görə həm Gürcüstan, həm də Ermənistanla həmsərhəd olan unikal kəndlərimizdəndir. Bu baxımdan, iki ölkə arasındakı delimitasiya xətti məhz Qazaxın bu kəndinin ərazisində yerləşən üçtərəfli kəsişmə nöqtəsindən cənuba - İran sərhədi istiqamətinə doğru mərhələli şəkildə davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью