Ermənistanla Fransa arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

16.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandon ilə hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə həmçinin hərbi təhsil, tədris proqramları, hərbi sahədə əməkdaşlığa dair məsləhətləşmələrin keçirilməsi, eləcə də hərbi-texniki xarakterli məsələlər də diqqət mərkəzində olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью