Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək?

03.07.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

İYİ Partiyasının sədri, millət vəkili Müsavat Dərvişoğlu Ermənistanla sərhəd-keçid məntəqəsinin adının “Alican”dan “Tələt Paşa”ya dəyişdirilməsi üçün TBMM-ə qanun layihəsi təqdim edib.

Axar.az xəbər verir ki. qanun layiuhəsini 28 millət vəkili imzalayıb.

“Bu ad dəyişikliyi sadəcə bir işarə deyil, türk xalqının öz tarixi, qəhrəmanları və yaddaşı üçün iradəsinin təzahürüdür”, - layihənin təqdimatında bildirilib.

Qeyd edək ki, Tələt Paşa 15 mart 1921-ci ildə Berlində “Nemezis” terror əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью