Ermənistanla sərhəddə zəlzələ: Dağıntı və ya tələfat var?

21.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən zəlzələlər barədə məlumat yayıb.

Nazirlikdən Axar.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

"Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью