Ermənistanla Sloveniya arasında mühüm sənəd imzalanıb

28.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan və Sloveniya siyasi dialoqun genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

"Report" yerli mediaya istinadən xəbər verir ki, sənədi Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Sloveniya Respublikasının xarici işlər və Avropa məsələləri naziri Toni Kayzer imzalayıblar.

A.Mirzoyan qeyd edib ki, memorandum iki ölkə arasında zəngin gündəliyin irəlilədilməsinə kömək edəcək:

"Artıq kifayət qədər uğurlu təcrübəyə malik olduğumuz bir sıra istiqamətlər və proqramlar mövcuddur. İqtisadiyyat, səhiyyə, təhsil, elm, ədliyyə, innovasiyalar, turizm, bütün bu sahələrdə yeni təşəbbüslər gözlənilir".

O qeyd edib ki, həmçinin hər iki ölkədən olan iş adamlarının iştirakı ilə Ermənistan və Sloveniya arasında biznes-forum keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью