Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik: - Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü olub.
Görüşdə bir sıra razılaşmalar əldə edilib. Ötən il sərhəddin 12 km-lik hissəsində əldə edilən razılaşma fonunda bu il üçün gözləntilər nədən
- Dövlət komissiyalarının görüşündə əldə edilən razılaşma gələcək üçün yaxşı əsaslar yaradacaq.
Bu bir daha onu göstərir ki, Azərbaycan konstruktiv dialoqla məşğuldur.
Bakı qarşıda duran məsələlərin sülh, dialoq yolu ilə həllində maraqlı tərəfdir.
Amma bu qısa zamanda bütün şərti sərhədlər boyu məsələlərin həllini tapması demək deyil.