ErmənistanTürkiyə sərhədi açılsa... Mirzoyan CAVAB VERDİ

08.01.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda Rusiya hərbi bazasının dislokasiyası ilə bağlı sazişin dəyişdirilməsi məsələsi gündəmdə deyil.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

“Əgər Türkiyə ilə sərhəd açıq olarsa, bu iki ölkə arasında, məsələn, Ermənistan və İranla olduğu kimi yüksək etimad yaranarsa, o zaman biz Ermənistan-Türkiyə sərhədində Rusiya sərhədçilərinin ixtisar edilməsi məsələsini nəzərdən keçirə və müzakirə edə bilərik”, - Mirzoyan qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью