ErmənistanTürkiyə sərhədində nələr yaşanır? | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəyə məxsus dronların Ermənistanla sərhəddə yerləşən Ararat vilayətinin Armaş qəsəbəsində naməlum uçuş həyata keçirdiyi iddia olunur.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, qəsəbə sakinləri “Hraparak”a dronun bir neçə ərazidə göründüyünü bildiriblər.
Qəzet məsələ ilə bağlı ordudakı mənbələri ilə əlaqə saxlayıb.
Məlumatın doğru olduğu, hər gün bir dəfə dronun sərhədi keçərək Ermənistan ərazisindəki mövqeləri lentə aldığı qeyd edilib.
İddiaya görə, sərhədçilər dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı məlumat veriblər.
Hətta dronu zərərsizləşdirmək üçün müraciət ediblər. Lakin buna icazə verilməyib və ona toxunulmamaq tapşırılıb.
Sərhədçilərdən biri yeni dronların əvvəlkilərdən fərqləndiyini deyib: “Əvvəllər də olurdu, amma son zamanlar intensivləşib.
Tam oxu
Xəbəri oxu