Erməniyə separatçı Abxaziyada “yüksək vəzifə” verildi

19.04.2025

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Gürcüstanın suveren ərazisi olan Abxaziyada gürcülərə qarşı döyüşənlər arasında xeyli sayda ermənilər olub. Bu gün də ermənilər qondarma rejimdə müxtəlif vəzifələr daşıyırlar və Ermənistanda bununla fəxr edirlər.

“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatı qondarma Abxaziya “prezidenti” Badra Qunbanın yeni “Nazirlər Kabinetini” formalaşdırması haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, erməni əsilli Varazdat Minosyana hökumətdə “yüksək post” verilib. Belə ki, o, Abxaziyanın “baş nazirinin müavini” təyin edilib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью