Ermitaj boşaldıldı: Təhdid mesajı gəlib | Icma.az
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sankt-Peterburqdakı Ermitajın əsas muzey kompleksi təhlükə barədə anonim məlumatdan sonra boşaldılıb.
Publika.az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.
Muzey nümayəndələri hansı təhlükədən danışdıqlarını bilmədiklərini, lakin əsas kompleksi boşaltmaq qərarına gəldiklərini qeyd ediblər.
Təxliyədən sonra muzeydə təftiş başlanıb, hadisə yerində Rusiya Milli Qvardiyasının iki ekipajı işləyir.
Muzeydən əlavə edilib ki, bu gün bilet alan ziyarətçilər onlar üçün əlverişli olan istənilən başqa gündə sərgilərə baş çəkə biləcəklər.
Adəm Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu