Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Ernan Kresponun yeni klubu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Argentina millisinin sabiq futbolçusu Ernan Kresponun yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
51 yaşlı mütəxəssis Meksikanın "Atlas" klubuun baş məşqçisi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Kresponun son iş yeri Braziliyanın "San-Paulu" klubu olub. O, bu ilin martında baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Krespo məşqçilik karyerası ərzində BƏƏ-nin "Əl-Ayn", Qətərin "Əl-Duhail", eləcə də "Banfild" və "Modena" klublarını çalışdırıb.