Ernesto Valverde: “Qarabağ”la oyunda 1:0 normal olar” | Icma.az
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib: “Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq.
Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.
Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair feyk xəbərlə bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib: “Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir.
Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar”.
Valverde matçın çətin olacağını, amma məqsədin qələbə olduğunu vurğulayıb: “Qələbə qazanmaq çətin olacaq, çünki yaxşı komandadırlar.
Bu matçı digərlərindən üstün tutmuruq, amma xal vəziyyətini nəzərə alırıq”.
Tam oxu
Xəbəri oxu