Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mətbəx və vanna otağındakı inadkar ərp ləkələri artıq evdar xanımların kabusuna çevrilməyəcək.
Demokrat.Az saytı xəbər verir ki, kranları və tualetləri kimyəvi maddələrə ehtiyac duymadan ilk günkü halına qaytarmağın ən effektiv yolları açıqlanıb.
Əksər insanlar təmizlik zamanı sirkə və ya sodaya üstünlük versələr də, sirkənin kəskin qoxusu və bəzi səthlərdə yaratdığı solğunluq yeni axtarışlara səbəb olur. Bu nöqtədə limon turşusu həm qoxusuz, həm də daha sürətli nəticə verən bir xilaskar kimi çıxış edir. Bir qədər limon turşusunu isti suda tam həll edib sprey şüşəsi vasitəsilə kranlara püskürtmək, cəmi 10-15 dəqiqə gözlədikdən sonra silmək kifayətdir. Bu üsul kalsium yığınlarını saniyələr içində parçalayaraq metala parlaqlıq verir.
Tualetlərdə yaranan və illərlə təmizlənməyən bərkimiş sarı ləkələr üçün isə daha radikal bir həll var: Pemsa (vulkanik süngər) daşı. Əgər güclü kimyəvi təmizləyicilər belə o inadkar təbəqəni sökə bilmirsə, isladılmış pemsa daşı ilə həmin hissəni yüngülcə ovmaq lazımdır. Burada ən vacib məqam daşın quru olmamasıdır; çünki quru daş keramika səthini cıza bilər. İslanmış halda isə o, ləkələri fiziki olaraq yerindən söküb atır.
Ev təmizliyində bu cür təbii və praktik üsulların seçilməsi həm ailə büdcəsinə qənaət edir, həm də qapalı məkanlarda kimyəvi buxarlanmanın qarşısını alaraq tənəffüs yollarının sağlamlığını qoruyur.
Qeyd edək ki, təmizlik zamanı istifadə olunan hər hansı vasitəni əvvəlcə görünməyən kiçik bir sahədə yoxlamağınız tövsiyə olunur.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.Az saytı xəbər verir ki, kranları və tualetləri kimyəvi maddələrə ehtiyac duymadan ilk günkü halına qaytarmağın ən effektiv yolları açıqlanıb.