Ersan Er Bakıda musiqi, mətbəx və xoş anlar

09.09.2026

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Türkiyənin tanınmış müğənnisi Ersan Er Bakıya səfər edib.

Doğru.az xəbər verir ki, səfər ARB TV-nin tanınmış aparıcısı Nura Andronovanın təşkilatçılığı, Saf Travel turizm şirkətinin dəstəyi ilə baş tutub.

Səfər çərçivəsində Ersan Er Bakının müxtəlif məkanlarını gəzib, paytaxtın tarixi və müasir siması ilə tanış olub. Sənətçi eyni zamanda Azərbaycan mətbəxinin zəngin nümunələrindən dadıb.

Ersan Er Bakıda olduğu müddətdə bir sıra restoranlarda səhnə alaraq repertuarından sevilən mahnıları səsləndirib və musiqisevərlərə xoş anlar yaşadıb.

Azərbaycan mətbəxi ilə tanışlığı zamanı sənətçi dadına baxdığı milli yeməklərlə bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycan mətbəxinin zənginliyi və özünəməxsusluğunu yüksək qiymətləndirib.

Səfərin əsas məqsədlərindən biri Azərbaycanın turizm imkanlarının tanıdılması, həmçinin Türkiyə-Azərbaycan arasında mədəni və turizm əlaqələrinin inkişafına töhfə vermək olub.

Ersan Erin Bakı səfəri musiqi, milli mətbəx və şəhərin turizm imkanları ilə bağlı yaddaqalan görüşlərlə müşayiət olunub.

Aybəniz Abdulova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
yazar və araşdırmaçı jurnalist.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью