Sia Az saytına istinadən Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasının (ŞKTR) sabiq prezidenti Ərsin Tatar Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
SİA xəbər verir ki, Ə.Tatar bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib. SİTAT: “Can Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram. Azadlıq ruhunu yaşadan bütün qəhrəmanların xatirəsini hörmətlə yad edirəm və bu anlamlı gündə Azərbaycanın müstəqilliyini və gələcəyini ürəkdən salamlayıram”, - deyə türk siyasətçi qeyd edib.
Mətləb