Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Kipr tərəfində ötən il keçirilən Avropa Parlamenti seçkilərində müstəqil namizəd kimi iştirak edən və gözlənilməz nəticə ilə deputat seçilən "YouTuber" Fidias Panayotunun Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatarla müsahibəsi adada böyük ajiotaj yaradıb.
Qaynarinfo xəbər verir ki, Cənubi Kipr hökumətinin sözçüsü Panayotunun bu addımını "milli davaya zərbə" kimi qiymətləndirib.
Müxtəlif siyasi partiyalar onu "xain" elan edərək sərt tənqidlərə başlayıblar.
Fidias və televiziya aparıcısı nişanlısı Stiliana Averkiu Cənubi Kipr küçələrində şifahi hücumlara məruz qalıb, cütlüyə sosial mediadan ölüm təhdidləri göndərilib.
Bu reaksiyalar ŞKTC mediasında da geniş şəkildə işıqlandırılıb.
Fidias Panayotu ötən həftə sosial media kanalı üçün ŞKTC-nin yeni prezidentlik kompleksində Ersin Tatarla görüşərək, yunan siyasətinə zidd hesab edilən bir addım atıb.
Cənubi Kipr rəhbərliyinin etirazlarına baxmayaraq, Fidias iki gün əvvəl həmin müsahibəni yayımlayıb.