Ərtəm Şənər “Qarabağ”ın matçını şərh etməyə razıdı! “Ancaq hələ...”

05.11.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bilindiyi kimi, “Qarabağ”ın bu gün “Çelsi”yə qarşı keçəcəyi oyun “CBC Sport”un efirində canlı yayınlanacaq. Ancaq bu gün matçın şərh edilməsiylə bağlı fərqlilik yaşana bilər. Buna səbəb “Qarabağ”a olan sevgisi, təhlilləri və Türkiyədəki təbliğatıyla ölkəmizdə də sayılıb-seçilən türk jurnalist Ərtəm Şənərin Bakıya gəlişidi.

Bəli, o, məhz “köhlən atlar”ın İngiltərə klubuna qarşı matçını izləmək üçün paytaxtımızdadı və oyunu “CBC Sport”da şərh edənlərdən biri də Şənər ola bilər. Bu baradə “Football-plus.az”a telekanalın şərhçilər qrupunun rəhbəri Gündüz Abbaszadə məlumat verib:

“Ərtəm Şənərin oyunu “CBC Sport”un şərhçiyislə birgə şərh etməsi tam mümkündü. Həm o, həm də biz bu fikri dəstəkləyirik. Ancaq hələ alınıb-alınmayacağı haqda nəsə deyə bilmərik”.

KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью