Ertoğrul Sağlam Azərbaycandan təklif aldığını açıqladı

08.05.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli tanınmış məşqçi Ertoğrul Sağlam bir müddət əvvəl Azərbaycandan iş təklifi alıb.

QOL.az xəbər o bu barədə "kocaelitv"yə açıqlamasında danışıb. Sağlam  "Kocaelispor"u çalışdırdığı vaxt (2023/2024 mövsümü) belə bir təklifin olduğunu bildirib: 

"Mövzunu gündəmə gətirdinizsə, deyəcəyəm. Azərbaycandan və Superliqadan təkliflər almışdım. Ancaq həmin vaxt vəzifə başında idim və bütün diqqətimi "Kocaelispor"a vermişdim. Buna görə də klubumda qalmalı oldum".

Qeyd edək ki, Ertoğrul Sağlam 2024-cü ilin dekabrında "Kocaelispoir"dan ayrılıb. "Beşiktaş", "Bursaspor", "Traktor", "Kayserispor" və "Eskişehirspor"u çalışdırmış mütəxəssis hazırda işsizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью