Əruz sizə ata mirası deyil Qafiyə azarı, heca dərdi, əruz xəstəliyi... | Icma.az
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kulis.az Malik Atalayın "Qafiyə azarı, heca dərdi, əruz xəstəliyi..." yazısnı təqdim edir.
Ədəbiyyat meydanı deyəndə (ki, bu sözdən də çox xoşum gəlmir) adamın gözünün önünə hər misrada bir yenilik edən, yenilik axtaran kimsələr gəlməlidir – gəlmir.
Xüsusən də yaşıdlarım arasında. Axı bu yaşda, bu vaxta yenilik axtarışında olmaq əvəzinə səndən əvvəlkilərin getdiyi yolu yenidən balaqların
Gözümün yaşını ürəyimdən axıdaraq deyirəm ki, bu gün meydan qafiyə bərbərləri, heca qəssabları, əruz pinəçiləri ilə doludur.
Formaya bürünüb, mənanı boğan bu gənc şairlər – şeirləri meyxana "rakkıdı, çıkkıdısı" olan, ruhu ölü, sadəcə söz oyununa köklənmiş şairlər.
Başdaşına şeir yazan adamlar, dəvətnamə üstünə şeir yazan adamlar, toyda mikrofon verilsə oxumaq üçün şeir yazan adamlar.
İndi gəl, bu adamların arasında sərbəst şeir yaz və inandır ki, qardaş, Həzrət Abbas haqqı, bu, hekayə deyil, əsl şeir budur, yoxsa, sənin bəh-bəhlə ilin-günün bu vaxtı, qloballaşan dünyada yazdığın şeylər ötən əsrlərin geyim tərzində geyinib-keçinib hər gün inkişaf edən gözəl Bakıda gəzməkdən savayı bir şey deyil.
Tam oxu
Xəbəri oxu