Ervin Koffi: Samir Abasovu yanımızda hiss edirdik

08.04.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Neftçi” matçından (0:2) sonra qonaqların futbolçusu Ervin Koffi jurnalistlərə müsahibə verib.

- Oyunla bağlı düşüncələrin necədir? Matç sizin üçün necə alındı?
- Heç asan olmadı. Çünki süni meydançada oynayırdıq. Heyətimiz çoxsaylı itkilər var. Zədəli futbolçuların yoxluğunda qələbə qazanmağı bacardıq. İşimizi gördüyümüz üçün xoşbəxtik.

- Baş məşqçiniz Samir Abasovun yoxluğu oyuna nə dərəcədə təsir göstərdi?
- Biz onsuz olduğumuzu hiss etmədik. Matçdan öncə soyunub-geyinmə otağında bizimlə idi. Komandadan nə istədiyini və gözləntilərini kollektivlə bölüşdü. Meydanda nə etməli olduğumuzu yaxşı bilirdik. Məşqçimiz texniki zonada olmasa da, onu yanımızda hiss edirdik.

- Növbəti matçda rəqibiniz “Zirə” olacaq. Həmin görüş üçün gözləntilərin necədir?
- Rəqib güclü komandadır. Gərgin oyun olacaq. Amma öz komandama inanıram. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

- “Sabah”la kubok görüşünün cavab matçı barədə düşüncələrin necədir? Finala çıxacağınıza inanırsan?
- Əlbəttə. İlk görüşdə 1:2 hesabı ilə məğlub olmuşuq. Bu səfər qələbə qazanıb finala yüksələcəyimizə inanıram.

- Finala yüksəlsəz, hansı komanda ilə qarşılaşmaq istəyirsən, “Qarabağ”, yoxsa “Araz-Naxçıvan”?
- Rəqibin heç bir önəmi yoxdur. Mən yalnız öz komandama inanıram. Finalda hər iki rəqibə qarşı keyfiyyətli mübarizə aparacağımıza əmin ola bilərsiz.

UEFA Millətlər Liqası: Azərbaycan millisi Monteneqroya qarşı - YENİLƏNİR Millimizin üzvü oynadı, komandası məğlub oldu Vaqif Cavadov: “Növbəti matçlara hazırlaşacağıq" Elmar Baxşıyev: “Futbolçularımı təbrik edirəm” "Araz-Naxçıvan"dan inamlı qələbə - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью