Ərzaq problemi qaçılmaz olacaq COP29da iştirak edən israilli nazirdən ÖZƏL AÇIQLAMA | Icma…
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "COP29, təşkilat məsələləri heyrətamizdir.
Futbol stadionundan düzəltdiyiniz nəhəng konfrans məkanı adamı heyrətə salır.
Konfransa xeyli insan qatılıb, hamısı xoşbəxtdir, gülümsəyir, əsas məsələ ilə bağlı yeni bir şeyi təmsil edir.
Əminəm ki, Yer kürəsinin iqlimi bu konfransı keçirdiyiniz üçün sizə, Azərbaycan xalqına təşəkkür edəcək".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan İsrailin regional əməkdaşlıq naziri Gilad Şadmon deyib.
Nazir qeyd edib ki, əgər hansısa böyük fəlakət baş verərsə, sərhədlərin, icmanın, mədəniyyətin, dinin hər hansı əhəmiyyəti qalmayacaq, ona görə də bunun qarşısını almaq üçün birləşmək lazımdır: "Kaş bir məsələ olaydı, amma iqlim problemlərinin o qədər tərəfi, o qədər üzü var ki.
Məsələn, qlobal istiləşmə. Yer planetində temperatur hər keçən gün artır. Dəniz səviyyəsi qalxır.
Ola bilsin ki, bir neçə ölkə bu fenomendən kənarda qalsın. Ancaq ümumilikdə ərzaq problemi qaçılmaz olacaq.
Tam oxu
Xəbəri oxu