Ərzurumda zəlzələ: Ətraf ərazilərdə də hiss olunub

08.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Ərzurum vilayətinin Pasinlər rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Oxu.Az-ın Sondakika.com-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 04:30-da baş verən zəlzələ 14,8 kilometr dərinlikdə qeydə alınıb və ətraf bölgələrdə də hiss olunub.

Yaralanan və ölən olmayıb.

AFAD-dan bildirildiyinə görə, ərazidə axtarış-araşdırma işləri davam edir.

Ərzurumda zəlzələ: Ətraf ərazilərdə də hiss olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью