Ərzurumda zəncirvari qəza 10 nəqliyyat vasitəsi toqquşdu

10.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Ərzurum şəhərində zəncirvari qəza baş verib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, 10 nəqliyyat vasitəsinin iştirak etdiyi toqquşmada 5 nəfər yaralanıb.

Məlumata görə, qəzada 2 yük maşını və 8 minik avtomobili iştirak edib. Güclü yağışın başladığı anda baş verən qəzada yük maşınlarından biri aşaraq yolu bağlayıb.

Qəzada iştirak edən bəzi nəqliyyat vasitələri istifadəyə yararsız hala düşüb.

Hadisə yerinə çoxsaylı polis, yanğınsöndürmə və tibbi qruplar göndərilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb və sağlamlıq vəziyyətlərinin yaxşı olduğu öyrənilib.

Qəza səbəbindən qovşaq təxminən 1 saat nəqliyyata bağlı qalıb. Polis qrupları tərəfindən nəqliyyat vasitələrinin götürülməsindən sonra yol açılıb.

Qəzadan sonra bəzi sürücülər arasında mübahisə baş verib, lakin polis hadisəyə müdaxilə edib və vəziyyət gərginləşməsinə imkan verməyib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью