Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib.
QOL.az xəbər verir ki, bu haqda Türkiyə klubunun instaqram hesabında məlumat paylaşılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib.
23 yaşlı forvard yeni klubunda 90 nömrəli formanı geyəcək.
Axundzadə keçidi ilə əlaqədar klubun TV-sinə müsahibə verib, “Erzurunspor”a yeni səhifə açmaq üçün gəldiyini deyib.
Qeyd edək ki, müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a bir mövsümlük icarə əsasında qoşulacağı bildirilirdi.
Xatırladaq ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.