Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Buradakı uğur Suriyanın beynəlxalq miqyasda gələcək siyasi və təhlükəsizlik mühitini müəyyən edəcək”.
Yenicag.az xəbər verir ki, bunu Əsədin devrilməsindən sonra Suriyada baş verən dəhşətli iğtişaşların pərdəarxası amillərini təhlil edən “New-York Times” nəşri yazıb.
Təhlil məqaləsində bildirilib ki, yeni hökumətə qarşı olan qəzəb Əsəd hökuməti dövründə baş verən cinayətlərə görə cavabdehlik tələb etməkdən irəli gəlir.
Qeyd olunur ki, hökumət qüvvələri ilə Bəşər Əsədin devrilmiş rejiminə sadiq silahlılar arasında baş verən bu toqquşmalar nəticəsində hələ ki əksəriyyəti mülki şəxslər olan 1.300-dən çox insan həyatını itirib.
Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlarda isə ələvi azlığı böyük əhəmiyyət kəsb edir.
Çünki onlar həm də Əsədin rejiminin əsas dayağıdır. Qısacası, yeni hökumətə qarşı olan qəzəb, Əsəd hökuməti dövründə baş verən cinayətlərə g
Vurğulanıb ki, bu qarşıdurmaların təşkilində hələlik vahid bir güc yoxdur.