Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa Rusiya lideri Vladimir Putinlə söhbətində iki ölkə arasında güclü strateji münasibətlər olduğunu vurğulayıb.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əş-Şəraa ofisinin danışıqlardan sonra yaydığı bəyanatda deyilir.“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, - məlumatda bildirilir.Putin isə öz növbəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Rusiya Prezidenti Suriyanın müvəqqəti hökumətinin xarici işlər nazirini Rusiyaya səfərə dəvət edib./report Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.