Əsabəli Mustafayev nitqini itirib: Ailəsi dedi

15.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.

"Cebheinfo.az" qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə onun xanımı Zemfira Mustafayeva məlumat yayıb. 

O, müalicənin ev şəraitində davam etdirildiyini bildirib: "Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və qaydasına düşəcək”. 

Əsabəli Mustafayevə Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью