Əsas heyət üçün sabiq klubuna qayıdır

16.07.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əsas heyət üçün sabiq klubuna qayıdır

"Kristal Pelas"ın qapıçısı Valter Benites yenidən "Nitsa"ya qayıtmağa yaxındır.

QOL.az xəbər verir ki, "Nice-Matin" nəşrinin məlumatına görə, 32 yaşlı qolkiper bu keçid üçün hətta 2028-ci ilə qədər qüvvədə olan müqaviləsini ləğv etməyə və maaşında güzəştə getməyə hazırdır. 

Bildirilir ki, onun bu qərarı verməsinə səbəb İngiltərədə ehtiyat qapıçı olmaq istəməməsidir.

Qeyd edək ki, argentinalı qolkiper 2016-2022-ci illərdə "Nitsa"nın heyətində 188 oyuna çıxıb və 54 matçda qapısını toxunulmaz saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью