Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ouen Vyndal “Ayaks”ı tərk edib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisi ilə Amsterdam klubu arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Tərəflər Vyndalın komandada əsas heyətə düşmək şansının qalmaması səbəbindən bu qərarı qəbul ediblər.
Qeyd edək ki, “Ayaks” yay transfer pəncərəsində sol cinah müdafiəçisi mövqeyinə Kayu Enrike və Jofre Torrentsi transfer edib. Hər iki futbolçu son oyunlarda Vyndaldan üstün tutulub.
Xatırladaq ki, Vyndal 2022-ci ildə “AZ Alkmaar”dan təxminən 10 milyon avroya “Ayaks”a keçib. O, 2023/24 mövsümünü icarə əsasında “Antverpen”də keçirib. Niderlandlı futbolçu “Ayaks”ın heyətində ümumilikdə 77 rəsmi oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.