Əsas kapitala nə qədər investisiya yönəldilib?

11.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12.677,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,0 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 32,4 faiz artaraq 4.246,7 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1,4 faiz artaraq 8.431,1 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,6 faiz artaraq 7.040,7 milyon manat, xidmət sahələri üzrə real ifadədə 0,7 faiz azalaraq 3.850,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1,8 faiz artaraq 1.786,5 milyon manat olub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью