Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bunu Ölkə.az-a açıqlamasında “World Young Chef, Young Waiter & Young Mixologist” (WorldYYY) beynəlxalq müsabiqəsində müsabiqənin birgə lisenziya sahibi, “Lady of Gold” podkastının aparıcısı Səbinə Hacıyeva deyib.
“Əminəm ki, yarışma çox gözəl keçəcək və gənclərimiz milli yeməklərimizi çox gözəl şəkildə nümayiş etdirəcəklər.
Bizim çox zəngin və dərin tariximiz var. Yeməklərimizin hər birində tariximiz, mədəniyyətimiz yaşayır. Bizim aşımız, qutablarımız, düşbərəmiz, hətta paxlavamız belə özünəməxsusluğu ilə fərqlənir. Məsələn, ərəb ölkələrinin mətbəxinə baxsaq, görərik ki, onların paxlavası belə bizimkindən fərqlidir.
Düşünürəm ki, biz milli mətbəximizi xarici ölkələrdə daha çox tanıtmalıyıq ki, onlar da Azərbaycanın nə qədər zəngin və özünəməxsus mətbəxə sahib olduğunu bilsinlər”,- deyə o bildirib.
Həmidə İbrahimova