Demokrat.az saytına istinadən Icma.az xəbər verir. “İctimai nəqliyyatda qiymətlərin bahalaşması məsələsinə münasibətim birmənalıdır.
Heç vaxt qiymət artımının tərəfdarı olmamışam və bu mövqeyimi də əsaslandırılmış şəkildə izah etməyə çalışıram”.Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, qiymət artımına səbəb kimi daşıyıcı şirkətlərin gəlirlərinin sabit olmaması göstərilir:“Bu arqument müəyyən qədər əsaslı sayıla bilər.
Belə ki, ölkəyə gətirilən avtobusların bir qismi normativlərə cavab vermir.
Ehtiyat hissələrinin baha olması və texniki baxımdan tez sıradan çıxması istismar xərclərini artırır.
Nəticədə nəqliyyat vasitələri tez-tez sıradan çıxır, sərnişinlər üçün narahatlıq yaranır və sistemli problemlər dərinləşir.
Sürücülərin və istismarçıların texniki problemlərlə mübarizə imkanlarının məhdudluğu da vəziyyəti ağırlaşdırır.
Əgər avtobuslar keyfiyyətsiz alınırsa, onların davamlı nasazlıqları əlavə xərclərə gətirib çıxarır.