“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” Video

15.09.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video

“Şəfa”nın futbolçusu Nahid Əliyev Misli Premyer Liqasının 5-ci turunda “Sabah”a uduzduqları matçdan sonra QOL.az saytına müsahibə verib.

Azərnaycanın U-21 millisinin vingeri məğlubiyyətə baxmayaraq, komandasının yaxşı oyun nümayiş etdirdiyini söyləyib: 

"Sabah"a qarşı yaxşı futbol göstərdik. Sadəcə"Sabah" oturuşmuş bir komandadır. Biz isə Premyer Liqaya yeni gələn klubuq. Məncə oyundan-oyuna daha yaxşı çıxış edirik. Düşünürəm ki, biz yaxşı oynadıq".

21 yalşı oyunçu növbəti turdə "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən də söz açıb: "Ən azı çalışırıq ki, hər oyunda 1 xal qazanaq. Alınır, ya alınmır... "Qarabağ"la oyundan da ən az 1 xal əldə etmək istəyirik. Çətin təqvimimiz var. "Neftçi", "Sabah", "Qarabağ"... Sonra rahat olacaq".

O, gələcəkdə Azərbaycanın əsas millisində oynamaq arzusunda olduğunu bildirib: “Əlbəttə ki, mən də əsas millidə oynamaq istəyərəm. Sadəcə hər şeyin öz vaxtı var. Milliyə dəvt almaq üçün gərək, daha çox oyun vaxtı qazanasan. Yaxşı oynasam, daha çox meydanda olsam, niyə də yox?!"

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью