“Əsas odu ki, bu qədər itki ilə aradakı xal fərqini qoruduq” “İmişli” nikbindi

13.03.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İmişli” 1-ci liqanın 18-ci turu çərçivəsində “Baku Sportinq”lə heç-heçə etdi - 2:2. Aran təmsilçisi ötən tur da “Mingəçevir”ə minimal hesabla məğlub olmuşdu. “Baku Sportinq” ardıcıl 2 oyun xal itkilərinə məruz qalan “İmişli” ilə xal fərqini 6-ya endirib.

“Baku Sportinq”in bu gedişlə sizi 3-cü pillədən sıxışdıracağından çəkinmirsiz? Bu sualı “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlova ünvanladıq:

“Çoxlu itkilərimiz və zədəli oyunçularımız oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Çox təəssüf ki, son dəqiqələrdə hesabı qoruya bilmədik. Əsas odu ki, bu qədər itki ilə aradakı xal fərqini qoruduq. Növbəti oyunlara daha ciddi hazırlaşacağıq”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью