Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” Samir Abasov baş məşqçi postuna gələndən sonra keçirdiyi 4 oyunun yalnız birində qələbə qazanıb. “Ağ-qaralar” hazırda 10 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Samir Abasov da komandanı hədəflərə yaxınlaşdıra bilmir. Mümkün 12 xaldan yalnız 5-ni qazanıb. Bəs siz bu barədə nə düşünürsüz? Bu sualın cavabını “Forza Neftçi” azarkeş qrupunun üzvü Tural Alışovdan soruşduq:
“Hələlik heç nə demək olmaz. Əvvəldə dediyim kimi, gələn məşqçinin fərqi yoxdu. Əsas odu ki, idarəçilikdəki xaos düzəlsin”.
ƏSƏD SEYİDOV