Əsas odur ki, məni oğlanla görməmisiniz

05.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə “Ehdiparfum” kimi tanınan fenomen Ehdiman Osmanovla bağlı olduğu iddia edilən görüntülər gündəmə gəlib.
TikTok-da yayılan video qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərlə bağlı müxtəlif iddialar səsləndirilib və videonun yayılması istifadəçilər arasında müzakirələrə yol açıb.
Ehdiman Osmanov yayılmış görüntülərlə bağlı ilk öncə bunun böhtan olduğunu və həqiqəti əks etdirmədiyini bildirib. Fenomen görüntüləri yayan şəxslərin qanun qarşısında cavab verəcəyini də qeyd edib.
Son açıqlamasında isə Ehdiman Osmanov sosial şəbəkələrdə yayılan müzakirələrə münasibət bildirib.
O, istirahətdə olduğunu və şəxsi həyatının müzakirə predmetinə çevrilməsini istəmədiyini deyib:
“Mənim vecimə də deyil, istirahətimdəyəm. Hər kəs istirahət edir. Kimiləri aşkar, kimi gizli. İndi mənimki istəmədən aşkar olub, bu da problem deyil”.
E. Osmanov həmçinin yayılan görüntülərlə bağlı məsələyə ironik münasibət göstərərək əsas məqamın onun kişi ilə deyil, qızla görüntülənməsi olduğunu vurğulayıb:
“Baxın, əsas odur ki, məni oğlanla görməmisiniz ki, qızla görmüsünüz, nəvar ki burada? Gecəniz xeyrə qalsın, mən istirahətimdəyəm”.(nocomment.az)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью