525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“2026-cı ildə pensiyalar artıq 9,3 faiz indeksləşdirilib, fərdi hesablarda 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları isə 5,6 faiz artırılıb. Sentyabrın 1-nə orta aylıq pensiya 596 manat, yaşa görə orta aylıq pensiya isə 634 manat təşkil edib. Yeni təkliflər paketində məcburi dövlət sosial sığorta haqlarının 85 faizinin şəxslərin fərdi hesablarında qeydə alınması da nəzərdə tutulur”.
İqtisadçı ekspert Asif İbrahimov bunu 525.az-a söyləyib. Ekspertin fikrincə, bu dəyişiklik gələcək pensiyanın şəxsin real sığorta iştirakına və topladığı pensiya kapitalına daha sıx bağlanması baxımından əhəmiyyətlidir.
“Pensiya islahatında əsas prinsip ondan ibarət olmalıdır ki, insan işlədiyi müddətdə əldə etdiyi rəsmi əməkhaqqı, ödədiyi sosial sığorta haqqı və formalaşdırdığı pensiya kapitalı ilə gələcək pensiyası arasındakı əlaqəni aydın görə bilsin”.
Sevinc Qarayeva