Əsas prinsipimiz dildə, fikirdə, işdə birlikdir Ərdoğan

29.06.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk Dövlətləri Təşkilatının fəaliyyəti "Dildə, fikirdə, işdə birlik" prinsipi əsasında inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində bildirib.

Ərdoğan qeyd edib ki, Türkoloji Qurultayının iştirakçıları ortaq tarix və mədəniyyət şüurunun müsbət elmlər əsasında möhkəmləndirilməsini hədəfləyiblər. Onun sözlərinə görə, qurultayda aparılan müzakirələr və qəbul edilən qərarlar yalnız akademik baxımdan deyil, həm də uzaqgörən siyasi iradə və baxışın təzahürü olub.

Türkiyə Prezidenti vurğulayıb ki, qurultayın türk dünyasına miras qoyduğu bu ideyanı yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün türk xalqlarının ortaq məsuliyyətidir.

Ərdoğan əlavə edib ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarından ilham alaraq hər keçən gün daha da dərinləşdirilir və şaxələndirilir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью